EN
RU
Şəxsi kabinet
3-cü Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi
1 - 2 oktyabr 2021
giftfair

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabatlar

Rəsmi kataloq
Gift & Promo Fair - Azərbaycan bazarında yeni və unikal məhsul!
Media мərkəz » Xəbərlər

Azərbaycan bazarında yeni və unikal məhsul!
13.09.2019

Xəbərlər

Berno Klunder,  “Universal Woods EMEA” şirkətinin xarici şirkətlərlə iş üzrə meneceri

– Tərkibinə “Universal Woods”, “Unisub” və “ChromaLuxe” şirkətlərinin daxil olduğu beynəlxalq şirkət alüminium, polad, MDF, müxtəlif format və qalınlığa malik olan polimerlər kimi mürəkkəb səthlərdə sublimasiya çapı üçün xüsusi örtüklü ağır materialların istehsalı ilə məşğuldur.

Sərgidə iştirak etməkdə məqsədimiz Azərbaycanın kommersiya bazarını öyrənməkdir. Biz gələcək əməkdaşlıq üçün yaxşı tərəfdaşlar axtarırıq və şirkətin unikal məhsullarını Azərbaycan bazarına çıxartmaqda maraqlıyıq. Qeyd etməliyəm ki, xrom-lüks məhsullar hələ Azərbaycan və Cənubi Qafqazda yoxdur. Əgər texnologiyanın keyfiyyət və səviyyəsini müqayisə etsəniz, əmin olarsınız ki, bizim brendlər həqiqətən də bu bazarda yeni məhsuldur.

Mən bu sərgini çox bəyəndim. Tədbir peşəkar şəkildə təşkil edilib və burada maraqlı iştirakçılar təmsil olunurlar. Biz burada bir sıra şirkət ilə ünsiyyət qurmağa nail olmuşuq, bu bazarda tətbiq etmək üçün ideya və planlarımız var və indi onları reallaşdırma variantlarını öyrənirik. Ümidvarıq ki, gələcəkdə sərgi daha genişmiqyaslı olacaq və yeni iştirakçılar cəlb edəcəkdir.



TƏRƏFDAŞLAR