EN
RU
Şəxsi kabinet
3-cü Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi
18 - 19 sentyabr 2020
giftfair

Stendin rezervasiyası

Hesabatlar

Dəvətnaməni əldə edin

Rəsmi kataloq
GIFT & PROMO FAIR - Fransadan promo geyim təklifləri
Media мərkəz » Xəbərlər

Fransadan promo geyim təklifləri
13.09.2019

Xəbərlər

Jan Gnas, “Sol’s” şirkətinin Şərqi Avropa və Skandinaviya üzrə regional meneceri

– Şirkətimiz Fransada promo geyimlərin istehsalçısı və təchizatçısıdır, Avropa və Rusiyada yaxşı tanınır və təxminən 60 tərəfdaşı var. Şirkətin xüsusi geyimlərdən və ya birdəfəlik istifadə formalarından tutmuş işgüzar tədbirlər və bank korporativləri üçün məhsullara qədər müxtəlif promo təklifləri var.

Bu il biz yerli “ZAMA” şirkəti ilə əməkdaşlıq qurmağa nail olmuşuq. Bu sahə kiçikdir: biz bir-birimizi şəbəkələşmə sayəsində sosial şəbəkələrdə tapmışıq. Yalnız mötəbər distribyutorlarla əməkdaşlıq edərək yeni tərəfdaşların etibarlığından əmin olduq. Artıq “ZAMA” şirkəti sayəsində yerli bazarın inkişafını diqqətlə müşahidə edirik, biz müştərilərin zövqlərini formalaşdırmaqla, bu bazara müsbət təsir edə bilərik. Potensial alıcılar ilə ünsiyyət qurmaq bizim üçün çox maraqlıdır.

Azərbaycan bazarı sürətli inkişaf sayəsində maraq doğurur, burada satış perspektivi mövcuddur. Bizim şirkətin marketinq strategiyası suvenirdən geyimlərə keçməyin zəruriliyini göstərir, məlumatötürmə vasitəsi kimi beynəlxalq əlaqələrin müasir modelini yaratmağa kömək edir.

“Gift & Promo Fair” sərgisi vacib peşəkar əlaqələri ilə faydalıdır. Tədbir yaxşı təşkilatçılıq səviyyəsinə, eləcə də eksklüziv, keyfiyyətli ideya və eksponatlara malikdir. Mən bir mütəxəssis kimi qeyd edə bilərəm ki, Skandinaviya və Şərqi Avropa regionlarında belə sərgilər hələ çox deyil. Biz sərginin yekunları əsasında əlaqələrin sayını, toplanmış vizit kartlarını və potensial sifarişlərin xarakterini vurğulamaqla icmal hazırlayacağıq.



TƏRƏFDAŞLAR