EN
RU
Şəxsi kabinet
3-cü Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi
18 - 19 sentyabr 2020
giftfair

Stendin rezervasiyası

Hesabatlar

Dəvətnaməni əldə edin

Rəsmi kataloq
GIFT & PROMO FAIR - Çap avadanlıqlarına maraq getdikcə artır!
Media мərkəz » Xəbərlər

Çap avadanlıqlarına maraq getdikcə artır!
13.09.2019

Xəbərlər

Elnur Kosayev, “TEZ Print” şirkətinin direktoru

- Şirkətimiz reklam-poliqrafiya işi ilə məşğul olduğuna görə məni hazırki “AdPrint” sərgisində çap avadanlıqları maraqlandırır. Biz cari istehsal gücünün artırılması üzərində işləyirik və şübhəsiz, innovasiyalar və yeniliklər ilə maraqlanırıq.

Poliqrafiya və çap sahəsini təmsil edən iştirakçıların sayının az olmasına baxmayaraq, bizi maraqlandıran bir çox texnikanı tapmağa nail olmuşuq. Xüsusən, çap və büzmə (tamamlama) funksiyalı “Duplo” çap aparatı, eləcə də bir çox şirkətin stendində təqdim olunan kəsmə aparatları diqqət cəlb edir. Təklif edilən məhsulları təhlil etdikdən sonra alış barədə qərar qəbul edəcəyik.

Ümumilikdə isə deyə bilərəm ki, sərgi yığcamdır, stendlər rahat yerləşdirilib və ekspozisiyalar diqqətəlayiqdir. “AdPrint” və “Gift & Promo Fair 2019” sərgiləri uğurla bir araya gətirilib və hər iki tədbir bazarı təhlil etməyə, yeni tərəfdaş və sifarişçilər cəlb etməyə kömək edir. Mən ümidvaram ki, gələcəkdə iştirakçı şirkətlərin sayı artacaq və təkliflərin çeşidi daha da çoxalacaqdır.



TƏRƏFDAŞLAR